Bu gün səhər saatlarında Yerusəlimdə (Qüdsdə) avtomobillə terror aktı törədilib, 3 nəfər yaralanıb.
Azinformasiya.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
“Bu gün səhər saat 08:00 radələrində Qüdsün Techelet Mordechai küçəsində avtomobil qəzası və üç piyadanın xəsarət alması ilə bağlı məlumat daxil olub. Piyadalar yüngül xəsarətlər alıblar. Ancaq avtomobildən çıxan silahlı terrorçular cəhd etsələr də silahları ilə zərər verə bilməyib və odlu silahlarını yerə ataraq hadisə yerindən qaçıblar”, polisin yaydığı məlumatda bildirilib.
Polisin axtarışları nəticəsində qısa müddət sonra hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
Azinformasiya.az