Yerevanda müxalifət parlamentin binası qarşısında gecələyəcək

Ermənistanın birləşmiş müxalifətinin “Vətənin qurtuluşu üçün Hərəkat”ının Yerevanın mərkəzində, parlament binası qarşısında keçirilən mitinqi başa çatıb.

Bu barədə Azinformasiya.Az TASS-a istinadən xəbər verir.

Məlumata görə, aksiya polislə və baş nazir Nikol Paşinyanın tərəfdarları ilə toqquşmalarsız keçib.

“Biz bu gün mitinqi qurtarırıq. Gecə burada qalacağıq və Ermənistanın azad olunması məhz buradan başlanacaq”, – müxalifət hərəkatının liderlərindən biri bildirib. Mitinq demək olar, üç saat davam edib. Aksiyada müxtəlif siyasətçilər – Yuri Xaçaturov, sabiq müdafiə naziri Seyran Ohanyan və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanesyan çıxış edib.

Mitinq iştirakçılarının bir hissəsi gecələmək üçün parlament binası qarşısında qurulan çadırlarda qalıb. Təşkilatçılar bildiriblər ki, növbəti aksiyalar barədə əlavə məlumat verəcəklər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir