Yeni Zelandiyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib

Yeni Zelandiyanın Sakit okeanda yerləşən Kermadec arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ baş verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, zəlzələnin ocağı isə 33,6 km dərinlikdə yerləşib.

ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir