Yaşayış olmayan evdə qaz kəsildi.
Azinformasiya.az xəbər verir ki, İmişli rayonu, Ramiz Əliyev küçəsi 27 ünvanında yerləşən, Cəfərov İlkin Böyükbəy oğluna məxsus evdə yaşayış yoxdur. Buna baxmayaraq, “Azəriqaz” tərəfindən həmin ünvanda qaz xətti kəsilib.
Ən diqqətçəkən məqam isə budur ki, sayğac kartının balansında vəsait olduğu bildirilir. Yəni nə borc var, nə də istifadə. Belə olan halda qazın kəsilməsi hansı məntiqlə izah olunur?
İstifadə olmayan, balansında pul olan boş bir evdə qazın dayandırılması vətəndaşda haqlı narazılıq yaradır. Bu addım ya məsuliyyətsizlikdir ya da vəziyyət araşdırılmadan verilmiş qərardır.
Dövlət qurumu vətəndaşı çətin vəziyyətə salmamalıdır. Xidmət göstərmək əvəzinə problem yaratmaq isə qəbuledilməzdir.
Azinformasiya.az