Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.
Azinformasiya.Az xəbər verir ki, indiyədək fondda 29 492 031,58 manat toplanıb.
Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 13 057 895, 03 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 4 082 315,38 manatı xərclənib. Vəsaitin qalığı isə 25 409 716,2 manatdır.