Ümid edirəm ki, Qarabağdakı lokal antiterror tədbirləri gələcəkdə uzunmüddətli sülhə doğru bir addım olacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetinə müsahibəsində Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.
O vurğulayıb ki, xüsusilə də Ermənistan üzərinə düşən vəzifələri və razılaşmaları yerinə yetirdiyi halda bölgədə tam sülh və əmin-amanlıq mühiti yaranacaq. Türkiyə milli müdafiə naziri, həmçinin qeyd edib ki, Azərbaycan ermənilərin təxribatlarına lazım olan şəkildə cavab verib.
“Qarabağda 44 gün ərzində başa çatan müharibənin sonunda Ermənistan atəşkəs sazişi imzalayıb. İmzaladığınız müqavilə var və onun şərtlərinə əməl etməlisiniz. Bunların hamısı qanla yazılıb, şəhidlər verilib, qazilərimiz var və bunun nəticəsində bir müqavilə var. İndi “mən əməl etmirəm, Zəngəzur dəhlizini açmayacağam” deyimi qəbul oluna bilərmi?”, o vurğulayıb.
Azinformasiya.az