Yaşar Gülər Azərbaycanın Türkiyədəki səfirliyinə gedib, başsağlığı verib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​”Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar Azərbaycanın Ankara səfirliyini ziyarət edərək başsağlığı verib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb.

Qeyd olunub ki, nazir Yaşar Gülər ​​Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və hərbi qüvvələr komandirləri ilə səfəri zamanı qəza ilə bağlı kədərini Azərbaycan səfiri Reşad Məmmədova çatdırıb və səfirin hüzurunda qardaş Azərbaycan xalqına başsağlığı verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir