Yasamalda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir