Yasamalda 80 yaşlı kişinin meyiti tapılıb

Yasamal rayonunda 80 yaşlı kişinin meyiti tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə dekabrın 25-də qeydə alınıb. Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Sartib İsmayılovun meyiti A.Abbasov küçəsində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir