Yaponiyanın Baş naziri ABŞ-a səfər edib

Yaponiyanın Baş naziri Fumio Kişida ABŞ-da səfərdədir.

 

Azinformasiya.az xəbər verir ki, Baş nazir Kişida artıq Vaşinqtonda olması ilə bağlı “X” hesabında yazıb.

O qeyd edib ki, bu, Yaponiya Baş nazirinin son 9 ildə ABŞ-a ilk səfəridir.

Səfərdən öncə mətbuata açıqlama verən Yaponiya Baş naziri bildirib ki, bu səfər ABŞ Prezidenti Co Baydenin dəvəti əsasında baş tutur.

“Mən ilk növbədə Yaponiya və ABŞ-ın qlobal tərəfdaş olduğunu, beynəlxalq ictimaiyyətin üzləşdiyi müxtəlif məsələlərdə birlikdə liderliyi ələ alacağımızı və buna müvəffəq olmaq üçün çalışdıqca Yaponiya-ABŞ münasibətlərinin daha da möhkəmləndiyini bir daha təsdiqləmək niyyətindəyəm”.

Baş nazir Fumio Kişida bildirib ki o, ABŞ Konqresində də çıxış edəcək. Səfər çərçivəsində o, həmçinin ABŞ, Yaponiya və Fillipinin üçtərəfli sammitində iştirak edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir