Yaponiyanın Baş naziri 12 ildə ilk dəfə Cənubi Koreyaya səfərə gedib

Yaponiyanın Baş naziri Fumio Kişidanın Cənubi Koreyaya rəsmi səfəri başlayıb.

 

Azinformasiya.az xəbər verir ki, Baş nazir Fumio Kişidanın Cənubi Koreya lideri ilə həm məhdud, həm geniş tərkibdə keçiriləcək görüşlərdə təhlükəsizlik, yüksək texnologiyalar sənayesi, elm və texnologiya, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Əlbəttə ki, tərəflərin danışıqlarının mərkəzində duran mövzulardan biri Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı ikitərəfli, o cümlədən ABŞ da daxil olmaqla üçtərəfli formatda əməkdaşlıq məsələsidir.

Qeyd edək ki, bu, Yaponiya baş nazirinin son 12 ildə Cənubi Koreyaya ilk səfəridir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir