Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə yerli icra orqanları məlumat yayıb.
Həmçinin, zəlzələ nəticəsində 560 nəfərin xəsarət aldığı bildirilib.
Qeyd olunub ki, hazırda 222 nəfər itkin düşən şəxsin axtarışı davam edir.
Təbii fəlakət zamanı İşikava prefekturasında 1370 ev tamamilə və ya qismən dağılıb, baş verən yanğınlar isə 300-ə yaxın binanı məhv edib.
Zəlzələ bölgəsində elektrik, su və yanacaq çatışmazlığı müşahidə olunur.
Azinformasiya.az