Yaponiyanın Aiti prefekturasının İnazava şəhərində avtomobilin supermarketə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Telekanalın məlumatına əsasən, hadisə yerli vaxtla saat 09.30 radələrində olub. Avtomobil binanın girişinin qarşısında dayanan rəfləri aşaraq yerli kənd təsərrüfatı kooperativinin idarə etdiyi supermarketə çırpılıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb, bir qadının vəziyyəti ağırdır. Qadın və avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.
Azinformasiya.az