Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onun Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə danışıqlar aparacağı gözlənilir.
Kamikavanın Polşa, Finlandiya, habelə ABŞ və Türkiyəyə səfər edəcəyi bildirilib.
Onun Ukraynaya səfəri barədə əvvəlcədən məlumat verilməyib.
Azinformasiya.az