Yaponiya Ukraynaya 118 mln. dollar yardım ayırıb

Ukraynanın dövlət büdcəsi Dünya Bankının (HEAL Ukraine) və (HOPE) layihələri çərçivəsində Yaponiya hökumətindən 118 milyon dollar qrant alıb.

 

Azinformasiya.azUkrinform“ a istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Sosial sahənin ən çox zərər çəkdiyi genişmiqyaslı müharibə zamanı əhaliyə dəstək təşəbbüslərinin həyata keçirilməsi və resursların səfərbər edilməsi vacibdir. HEAL və HOPE layihələri çərçivəsində toplanan vəsait hökumətə vətəndaşlarını lazımi şəraitlə təmin etməyə kömək edəcək, Rusiyanın silahlı təcavüzünün törətdiyi nəticələri aradan qaldırmaq və Ukraynanın mənzil infrastrukturunu bərpa edəcək ”. – Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

Qeyd edək ki, 2024-cü ilin mart ayında dövlət büdcəsinin ümumi fonduna 9 milyard dollara yaxın xarici maliyyə vəsaiti daxil olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir