Yaponiya sahillərində 6.2 bal gücündə zəlzələ olub.
Azinformasiya.az Yaponiya KİV-ə istinadən xəbər verir ki, paytaxt Tokioda güclü zəlzələ ilə bağlı xəbərdarlıq sistemi işə düşüb.
Yeraltı təkanlar Tokionun şərqində, Çiba prefekturasının sahillərində 50 km dərinlikdə baş verib. Xəsarət alanlar və dağıntılar ilə bağlı məlumat yoxdur.
Yaponiya Milli Meteorologiya İdarəsi sunami təhlükəsinin olmadığını bildirib.
Azinformasiya.az