Yaponiya Baş naziri nüvə silahı ilə bağlı vəziyyətin pisləşməsində Rusiya və Şimali Koreyanı günahlandırıb

Dünyada nüvə silahından istifadənin azaldılması ilə bağlı vəziyyətin pisləşməsinə görə Rusiya və Şimali Koreya günahkardır.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida parlamentin aşağı palatasının plenar iclasında əsas çıxışında deyib.

“Rusiyadan gələn nüvə təhlükəsi və Şimali Koreyada nüvə və raket texnologiyasının inkişafı səbəbindən nüvə silahından istifadənin azaldılması ilə bağlı vəziyyət zaman keçdikcə daha ciddiləşir”, – Yaponiya Baş naziri vurğulayıb.

Kişida bildirib ki, Yaponiya nüvəsiz dünya yaratmaq üçün səylərini davam etdirəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir