YAP xalqın inam və etimadını bir daha doğruldacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu, Məmmədli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

 

Azinformasiya.az  xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Səyyad Salahlı da iştirak edib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan və qarşıda dayanan hədəflərdən danışıb. O, sosial siyasət sahəsində görülən işlərin bundan sonra da vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və əhalinin rifahının yaxşılaşmasında öz əksini tapacağını əminliklə vurğulayıb.
Milli Məclisin deputatı Səyyad Salahlı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Gələcək inkişaf, yeni hədəflərin reallaşdırılmasının Heydər Əliyev ideyalarının təntənəsi olduğu diqqətə çatdırılıb.
Bələdiyyə üzvlüyünə namizədlər Rəfael Əyyubov və Rəşad Zeynalzadə YAP-ın cəmiyyətdə yüksək nüfuza malik olduğunu deyib, 29 yanvar bələdiyyə seçkilərində xalqın inam və etimadının bir daha özünü doğruldacağını söyləyiblər.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir