Azərbaycan Respublikasında 29 yanvar 2025-ci il tarixinə təyin edilmiş bələdiyyə seçkilərinə artıq sayılı günlər qalıb. Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədlərinin təşviqat mərhələsi çərçivəsində səyyar görüşləri davam edir.
Azinformasiya.az YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri İxtiyar Nəcəfov, Arif Şahmuradov, Mirvari Quliyeva və Rəşad Rzayev Yeni Günəşli “AB” massivi 70-ci binanın və Yeni Günəşli “AB” massivi 16 saylı kooperativ binanın sakinləri ilə görüş keçiriblər. Sakinləri salamlayan və onlara görüşdə iştirak etdiklərinə görə təşəkkürünü bildirən Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq reytinq agentliklərinin hesabatlarında geniş əks olunduğunu bildirib. İxdiyar Nəcəfovun sözlərinə görə, İlham Əliyev cənablarının həyata keçirdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Azərbaycanın qüdrətinin daha da artmasını, ölkənin dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən mühüm strateji amillərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət kursudur. Dövlət başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.
Daha sonra çıxış edən YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri Arif Şahmuradov, Mirvari Quliyeva və Rəşad Rzayev isə bildirib ki, yerli özünüidarəetmə ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsidir. Ötən 22 il ərzində Prezident İlham Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edib, onun inkişafına xüsusi diqqət və qayğı göstərib.
Görüşlər zamanı sakinlər onları maraqlandıran bəzi suallara cavab alıb, eyni zamanda öz təkliflərini səsləndiriblər.
YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri sakinləri seçkidə fəal olmağa və qələbələr partiyası YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Azinformasiya.az