Xaçmaz rayonunun Xudat şəhərində azyaşlı, anası tərəfindən döyülüb.
Azinformasiya.az xəbər verir ki, hadisə M. Əbilov küçəsində qeydə alınıb. Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə qızı 7 yaşlı Qayıbova Zəhra Camal qızına xəsarətlər yetirib.
Azyaşlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
İlkin məlumata əsasən, anası qızını dərslərinə hazırlaşmadığı üçün cəzalandırıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Azinformasiya.az