Xorvatiya “Qolodomor”u Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.
“Bu gün Xorvatiya 1932-1933-cü illərdə baş vermiş “Qolodomor”u Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyıb. Bu tarixi səsvermə ilə milyonlarla qurbanın xatirəsini yad etdiyi üçün Xorvatiya parlamentinə minnətdaram”.
Ukrayna XİN başçısı, eyni zamanda qeyd edib ki, “Qolodomor”u Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyanların sayı qlobal səviyyədə artır.
Azinformasiya.az