Rusiya Ukrayna ilə danışıqları İstanbulda bərpa etməyə hazırdır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin rəhbəri Aleksey Polişçuk TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə əsasən, hazırda top Ukrayna tərəfindədir.
Qeyd edək ki, Moskva ilə Kiyev arasında İstanbul danışıqları dayandırılıb. Kreml İstanbul danışıqlarında fasilə yaranması ilə bağlı Ukrayna tərəfini günahlandırıb.
Azinformasiya.az