Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlarından sonra Rusiya və ABŞ Alyaska sammitinin nəticələrinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə əsasən, Putinin Uitkoffla görüşündə Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb.
Lavrov vurğulayıb ki, Putin və Uitkoff son görüşlərində Alyaska sammitindən sonra yaranan fasilə səbəbindən Rusiya ilə ABŞ arasındakı bütün anlaşılmazlıqları həll ediblər.
“Rusiya və ABŞ Alyaskada Ukraynanın bitərəf, neytral və nüvə silahı olmayan statusa qayıtması barədə razılığa gəliblər. Rusiya ABŞ-a yalnız Ukrayna ilə məhdudlaşmayan kollektiv təhlükəsizlik zəmanətləri üçün əlavə təkliflər təqdim edib”, – Rusiya XİN rəhbəri vurğulayıb.
Ukraynanın ölkə konstitutsiyasına əsasən, NATO-ya qoşulmaqdan imtina edə bilməyəcəyi iddialarına Lavrov belə cavab verib: “Biz başqa Ukraynanı tanımışıq”.
Azinformasiya.az