Azərbaycan və Ukrayna arasında 2025-ci ilin fevral ayında siyasi məsləhətləşmələr həyata keçirilib.
Azinformasiya.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə BMT, BMT-nin agentlikləri, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir: “Rusiya və Ukrayna arasında davam edən müharibə bizim ikitərəfli iqtisadi əlaqələrə də təsirsiz ötüşməyib. 2023-cü ildə növbəti azalma davam edib. Ticarət dövriyyəsi ötən il 460 milyon dollar civarında olub. İqtisadi sahədə əməkdaşlığın çox böyük perspektivləri var. Bugünkü görüşlərdə də bunu müzakirə etdik. Ukrayna-Azərbaycan Biznes Forumunun və Hökumətlərarası Komissiyanın işinin canlanması bu perspektivlərə töhfə verə bilər”.
Azinformasiya.az