XİN rəhbəri: İsrail ordusunun Suriya ərazisində mövcudluğu müvəqqətidir

“İsrail Müdafiə Qüvvələrinin Suriya ərazisində mövcudluğu müvəqqətidir”.

 

Azinformasiya.az  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar mətbuat konfransında deyib.

O bildirib ki, İsrail qüvvələrinin Suriya ərazisindəki mövcudluğu Bəşər Əsədin devrilməsi ilə yaranan qarışıqlıq dövründə İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan məhdud, müvəqqəti bir addımdır.

“Bizim yeganə marağımız İsrailin təhlükəsizliyidir”, – XİN rəhbəri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir