Pakistan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
XİN başçısı qeyd edib ki, Pakistan Azərbaycanın normallaşma istiqamətində səylərini qiymətləndirir və dəstəkləyir.
“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir. Biz Azərbaycanı Qarabağda suverenliyini bərpa etməsi münasibətilə təbrik edirik”, – XİN başçısı vurğulayıb.
Azinformasiya.az