Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərindən narahatdır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşımında bildirib.
“Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”- deyə paylaşımda əks olunub.
Azinformasiya.az