Xavyer Kolomina yeni vəzifəyə təyin olunub

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina yeni vəzifəyə təyin olunub.

 

Azinformasiya.az  xəbər verir ki bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Baş katib Yens Stoltenberq Cənub Qonşuluğu üzrə xüsusi nümayəndə postuna Xavyer Kolominanın təyin olunduğunu açıqlayıb.

Kolomina baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavinidir və NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
“Yaxın Şərq, Şimali Afrika və Sahel bölgələri Alyansımız üçün vacibdir. Xavyer Kolomina NATO tərəfdaşları ilə münasibətdə böyük təcrübəyə malikdir. Onun təyinatı NATO-nun Cənubdakı mühüm işini daha da gücləndirəcək”, – Stoltenberq təyinatla bağlı bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir