Xavier Kolomina: Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina “X” hesabında yazıb.

Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğunu qeyd edən NATO rəsmisi tərəflər arasında fəal siyasi dialoqun olduğunu bildirib: “O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq”, o deyib.

“Azərbaycanla NATO arasında tərəfdaşlıq Avro-Atlantik sabitliyi artırmaq məqsədi daşıyır”.

Bununla bağlı isə İctimaiyyətlə Əlaqələr və Strateji Kommunikasiyalar üzrə NATO Hərbi Komitəsinin rəhbərinin və NATO-nun Beynəlxalq Hərbi Qərargahının məsləhətçisinin müşavirinin rəsmi “X” hesabında paylaşım edib.

“Bu gün NATO Azərbaycanla Sülh Naminə Tərəfdaş kimi 30 illik əməkdaşlıq və öhdəlikləri qeyd etməkdən qürur duyur. Praktiki əməkdaşlıq və siyasi dialoq vasitəsilə bizim tərəfdaşlığımız Avro-Atlantik sabitliyi artırmaq məqsədi daşıyır”, paylaşımda əks olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir