Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı diplomatik nümayəndəliklər üçün 20 Yanvar Ümumxalq Hüzn Günü anım tədbiri təşkil edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin sosial şəbəkə hesablarında paylaşımlar edilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımında qeyd edilib ki, səfir Cahit Bağçı və digər ölkələrin diplomatları bu gün 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
“Faciənin 35-ci ildönümündə şəhid azərbaycanlı qardaşlarımızı bir daha anırıq”, – deyə Türkiyə səfirliyinin paylaşımında bildirilib.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin paylaşımında bildirilib ki, səfir Peter Mixalko və Aİ-yə üzv ölkələrin səfirləri 20 Yanvar qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər.
Azinformasiya.az