Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ölkəsi ilə bağlı son çıxışına münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Xamenei bildirib ki, Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək.

“Onlar (ABŞ və İsrail) bizi hədələyirlər. Əgər onlar hər hansı bir pis niyyətlə hərəkət etsələr – bu çox da mümkün deyil – şübhəsiz ki, güclü və qarşılıqlı zərbə alacaqlar”, – Xamenei vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə, İranın misli görünməmiş bombardmana məruz qalacağını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir