Xalq artisti Ağadadaş Ağayev klinikanın xadiməsinə xəsarət yetirib.
Azinformasiya.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə qeydə alınıb.
Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.
Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.
Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.
Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.
Məlumata əsasən, gün ərzində Xalq artisti ifadəsi alınması üçün polis orqanına dəvət olunacaq.
Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.
Azinformasiya.az