Xaçmazda qatar vuran gənc ölüb

Xaçmaz şəhəri ərazisində gənc oğlanı qatar vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Xaçmaz – Niyazabad avtomobil yolunun dəmiryolu ilə kəsişməsindəki avtomobil körpüsünün yaxınlığında qeydə alınıb.

Xaçmaz şəhər sakini Abdullayev Kənan Mehrab oğlu qatarın altında qalması nəticəsində ölüb.

İlkin məlumata əsasən, onu özünü qatarın altına aldığı ehtimal edilir. Kənan Abdullayev ailəli idi, 1 azyaşlı övladı var.

Faktla bağlı araşdırma başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir