Xaçmazda evdə baş verən yanğında ər-arvad ölüb

Xaçmazda iki nəfər yanaraq ölüb.

 

Azinformasiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir