Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kənd sahillərində kişi meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Asif Balakişi oğlu olduğu müəyyənləşib.
Kənd sakinlərinin sözlərinə görə, A.Ağayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az