Xaçmazda 59 yaşlı kişini qatar vurub, xəstəxanada ölüb

Xaçmaz rayonunun Qaraqurtlu kəndi yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, Qaraqurtlu kənd sakini, 1967-ci il təvəllüdlü, Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar onu vurub.

O, ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir