Xaçmazda 56 yaşlı kişi yanaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində qeydə alınıb.
Belə ki,1969-cu il təvəllüdlü Əziz Vəlixanov uzanarkən çəkdiyi siqaretin kötüyünün yerə düşməsi yanğına səbəb olub.
O, xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az