Xaçmazda 42 yaşlı qadın qətlə yetirilib, yeniyetmə oğlu saxlanılıb

Xaçmaz rayonunun Çaykənarı kəndində qətl hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb.

Müxtəlif xəsarətlər alan qadın Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qətli törədən yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir