Xaçmazda 2 nəfər bıçaqlanıb

Xaçmaz şəhəri, Bakı prospektində bıçaqlanma faktı olub.

 

Azinformasiya.az xəbər verir ki, mübahisə zəminində bıçaqlananan Xaçmaz sakinləri – 30 yaşlı Tural Bünyadov və 31 yaşlı Hacıağa Əzizov mübahisə zəminində Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin şimal regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 26 yaşlı Fərid Mirişov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir