Vyetnamda torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb

Vyetnamın mərkəzi Xanxoa vilayətində dağ yolunda baş verən torpaq sürüşməsi nəticəsində azı 6 nəfər ölüb, daha 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə yerli xəbər portalı “VnExpress” məlumat yayıb.

Məlumata əsasən, hadisə Xanle aşırımı ərazisində baş verib. Güclü yağış aşırımda torpaq sürüşməsinə səbəb olub və 32 nəfərin olduğu sərnişin avtobusunun üzərinə çöküb. Torpaq və iri qaya parçaları yolun böyük hissəsini bağladığından xilasedicilərin hadisə yerinə çatması ləngiyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir