Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-a səfəri zamanı səhhəti qəfil pisləşib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Serbiyanın dövlət televiziyası RTS məlumat yayıb.
Məlumata əsasən, Vuçiç ABŞ-da keçirilməsi planlaşdırılan görüşlərini ləğv edərək təcili şəkildə Serbiyaya qayıtmaq qərarı verib. Qərar onun həkimləri ilə məsləhətləşmədən sonra qəbul olunub.
Prezidentin səhhəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Vuçiçin ABŞ-da Prezident Donald Trampla görüşüb-görüşmədiyi barədə hələlik rəsmi məlumat verilməyib.
Azinformasiya.az