Vuçiç: Serbiya Avropaya inteqrasiya yolunu davam etdirmək niyyətindədir

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin avrointeqrasiyaya sadiq olduğunu açıqlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, dövlət başçısı bunu Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen ilə birgə mətbuat konfransında bildirib.

“Nə qədər ki, mən respublikanın prezidentiyəm, biz xarici və daxili siyasətimizin əsas məqsədlərini dəyişməyəcəyik. Bu o deməkdir ki, bizim Avropa yolumuz və Avropa Serbiyasına sadiqliyimiz bizim tərəqqimizin açarıdır”, – Vuçiç vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir