Kreml hərbi sahəyə bütün Avropadan daha çox vəsait xərcləyir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen Avropa Parlamentindəki çıxışında bildirib.
“Putin dəfələrlə sübut edib ki, o, düşmən qonşudur və ona etibar edilə bilməz. Onu yalnız çəkindirmək olar”, – Ursula von der Leyen vurğulayıb.
Von der Leyen Avropanı müdafiə xərclərini artmağa çağırıb: “İndi illüziyalar dövrü başa çatıb. Avropanın müdafiəsi üçün artıma ehtiyacımız var”.
Onun sözlərinə əsasən, Avropanın qarşılaşdığı təhdidlərin dairəsi hər ötən gün daha da genişlənir: “Bu, indiki dövrdə daha təhlükəlidir, Avropa addım atmalıdır”.
Azinformasiya.az