Von der Leyen İraqın Baş naziri ilə regional vəziyyəti müzakirə edib

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudani ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti “X” hesabında yazıb.

“İraqın Baş naziri Əl Sudani ilə zorakılığın regionda yayılmasının qarşısının alınması zərurətini müzakirə etdik”, paylaşımda əks olunub.

O bildirib ki, görüşdə Aİ və İraq arasında münasibətlər də müzakirə olunub. “Aİ İraqın islahat gündəmini dəstəkləyir və investisiyaları artırmağa çalışır. Mən miqrasiya sahəsində səmərəli əməkdaşlığı alqışlayıram”, von der Leyen vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir