“Ölkənin şərqində gedən döyüşlər zamanı Ukrayna ordusu tərəfindən “Vaqner” Xüsusi Hərbi Şirkətinin 21 minə yaxın muzdlusu məhv edilib”.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində söyləyib.
O vurğulayıb ki, döyüşlər zamanı “Vaqner”in ən güclü bölmələri sıradan çıxarılıb: “Təbii ki, onlar yalnız hücum edə bilərdilər. Hücumdan başqa çarələri yox idi. Əks halda öz silahdaşları tərəfindən öldürüləcəkdilər. Bu, onların gücünün əsas sirri idi”.
V. Zelenskinin sözlərinə əsasən, döyüşlər zamanı 80 minə yaxın “Vaqner”çi yaralanıb: “Bu, əks-hücum əməliyyatlarımızın tərkib hissəsidir. Döyüşçülərimiz irəli getməyə hazırdırlar”.
Ukrayna Prezidenti qeyd edib ki, Belarusda yerləşən “Vaqner”çilər oradan yeni təhdid yarada bilərlər.
Azinformasiya.az