“Türkiyəli həmkarım Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyim çoxlu məsələlər var”.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.
O qeyd edib ki, R.T.Ərdoğanla “Taxıl sazişi” barədə fikir mübadiləsi aparacaq: “Bundan əlavə, Ukraynanın NATO-ya üzvlüyü, əsir mübadiləsi və başqa məsələlər barədə də danışacağıq”.
Qeyd edək ki, V.Zelenski bu gün Türkiyəyə səfər edəcək.
Azinformasiya.az