Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib.
Azinformasiya.Az xəbər verir ki, Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.
Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.