Vladimir Malinov: “Prezident İlham Əliyevin dəstəyi bugünkü imzalanma mərasimini reallığa çevirdi”

“Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu iştirakçı ölkələr arasında münasibətlərin daha da gücləndirilməsinə və bu Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək”.

 

Azinformasiya.az xəbər verir ki, bunu “Bulgartransgaz”ın icraçı direktoru Vladimir Malinov “Bulgartransgaz”, “Transgaz”, FGSZ, “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində söyləyib.

V.Malinov bugünkü imzalanma mərasimini reallığa çevirən siyasi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir