Vilayət Zahirov: “Elə bələdiyyə sədrləri var ki, verdiyimiz müəyyən təklifləri qəbul etmirlər”

“Bu gün elə bələdiyyə sədrləri var ki, doğrudan da prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər. 40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik. Çünki həmin bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək bizim verdiyimiz müəyyən təklifləri qəbul etmirlər”.

Azinformasiya.Az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı səsləndirilən suallara cavabında deyib.

“Baxmayaraq ki, biz inzibati nəzarəti həyata keçirən orqanıq. Onlar bizim təkliflərimizi tədbiq etmədikləri üçün verdikləri aktları qanunsuz hesab etdik. Bu faktın özü bir daha göstərir ki, bələdiyyələrin bəziləri istəyəndə müstəqil fəaliyyət göstərə bilirlər”, – nazir müavini əlavə edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir