Venesuelada ağır yol qəzası baş verib, azı 16 nəfər ölüb

Venesuelada 16 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.

Məlumata görə, qəza yük maşınının bir neçə avtomobilə çırpılması nəticəsində baş verib, azı 16 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.

Hadisə paytaxt Karakasla ölkənin şərqini birləşdirən magistralda baş verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir